Bu il insan alveri sahəsində 63 fakt müəyyən edilib, 72 nəfər həbs olunub. Bunu ANS PRESS-ə açıqlamasında DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov deyib. Onun sözlərinə görə, 2008-ci il ərzində insan alverinin 66 qurbanı müəyyən edilib. Onların 47 nəfəri xüsüsi sığınacağa yerləşdirilib, 28 nəfərə dövlət müavinəti verilib. Onlara müvafiq pulsuz xidmətlər də göstərilib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi insan alverinin 101 qurbanını aşkar etmişdi.
İmran Nəcəfov bildirib ki, son vaxtlar Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib: DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 30 qeyri-hökumət təşkilatı ilə birgə 48 rayonda maarifləndirmə tədbirləri həyata keçirib. Həmin tədbirlərdə tibb idarələri, bələdiyyələr, icra hakimiyyətləri və təhsil ocaqlarının fəalları iştirak ediblər. Maariflənlirmə çərçivəsində polis işiçilərinə insan alverinin qurbanlarını müəyyənləşdirmək üçün xüsusi təlimlər keçirilib. Bundan başqa, bu il mütəmadi olaraq bu sahədə cinayətkarlıqla mübarizə davam etdirilib»
Açar sözlər:

Şübhəli şəxs sayılan kişinin boyu təxminən 170-175 sm, yaşı 20-25, saçlarının rəngi tünd qəhvəyi, gözlərinin rəngi tünd qəhvəyi, arıq bədənli, əynində qara rəngli şalvar və qara rəngli köynək olub.
Qadının isə təxminən 25-30 yaşlarında olduğu təxmin edilir.
Qeyd edək ki, avqustun 17-də baş verən partlayışla bağlı aparılan istintaq zamanı 1984-cü ildə Astara rayonunda anadan olmuş Rəsulov Emin Aydın oğlu şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin Bakı şəhərində kirayədə yaşadığı evdə axtarış aparılarkən milli, sosial və dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn, aşkar surətdə törədilməsinə yönələn kitablar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə (milli sosial və ya dini nifrət, düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətləri aşkar surətdə törətmək) ittiham elan edilib və barəsində həbs-qətimkan tədbiri seçilib.
Açar sözlər:
Q. Süleymanov icmanın heç bir siyasətə qarışmadığını da diqqətə çatdırıb: “Dini icmamızın fəaliyyətinə cəmiyyətimizdə mənəvi dəyərlərin zənginləşdirilməsi, gənclərdə vətənə, dövlətə sədaqət aşılanması kimi dəyərlər də daxildir. Məhz bu kimi səbəblərdən radikal qrupların hədəf mərkəzinə çevrilmişik”.
Q. Süleymanov “Əbu Bəkr” məscidində bu ilin 17 avqustunda törədilən terror aktı ilə bağlı KİV-də vaxtaşırı məlumatların yer aldığını, həmin məlumatların bir qisminin balanslaşdırılmamış, qərəzli olduğunu bildirib: “Guya məscidin yerləşdiyi küçənin 1000 nəfərədək sakini məscidin birdəfəlik bağlanmasını istəyir. Şikayətin “səbəbi” kimi küçənin natəmizliyi və “Əbu Bəkr” məscidinin təhlükəli olduğu göstərilir. Əvvəla sakinlər tərəfindən bir dəfə də məscidimizə şikayət daxil olmayıb. Əgər hər hansı narahatlıq olsaydı, 10 illik fəaliyyətimiz ərzində heç olmazsa bir nəfər tərəfindən narazılıq bildirilərdi”.
Açar sözlər:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə azpresse “Əbu Bəkr” kimi tanınan Cümə məscidində baş verən partlayışla bağlı istintaqın davam etdirildiyi və istintaq başa çatmayınca məscidin açılmasının mümkün olmadığı bildirilib.
Açar sözlər:
Açar sözlər:
Qeyd olunub ki, A. Kərimov boyun hissəsi, sağ körpücük sümüyü və üzündən bıçaqlanıb. Faktla bağlı Rusiya Feredasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Açar sözlər:
Açar sözlər:
Açar sözlər:
S. Gözəlov deyib ki, DİN rəhbərliyinin göstərişinə əsasən faktla bağlı araşdırma aparılır
Açar sözlər:
BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində bu gün Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov, Əli Babacan və Eduard Nalbandyan görüşəcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ə.Babacan, E. Məmmədyarov və E.Nalbandyanla əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə birgə görüş keçirəcək. Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu problemin həllində Türkiyənin vasitəçilik imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq.
Xarici işlər nazirlərinin görüşündən sonra Nyu-Yorkda Türkiyə və Ermənistan prezidentləri Abdulla Gül və Serj Sarkisyan yenidən bir araya gələcək. Bu barədə məlumat verən Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Burak Özərgin deyib ki, ölkəsi qonşu Gürcüstanda həyatın normallaşmasına çalışır və rəsmi Ankara hesab edir ki, Qafqaz regionunda baş vermiş son münaqişədən sonra regionun problemlərinə yenidən baxılmasına ehtiyac var
Açar sözlər:
Qabaqki yazılar
- Azərbaycanda əfv fərmanı icra olunub
- Polisə Azərbaycan paytaxtında avtomobilə bomba qoyulduğu barədə məlumat verilib
- Şahindən bürünc medal
- Nə? Harada? Nə vaxt?» Bakıda . Dünya çempionatında
- Allahşükür Paşazadə adının müxtəlif biznes sahələri ilə əlaqələndirilməsini əsassız adlandırıb
- İdman siyasəti
- Bir qrup din xadimi “Əbu Bəkr” məscidinfə baş verən partlayışla bağlı bəyanat qəbul edib
- Sumqayıtda yəhudilərə məxsus dini icma qeydə alınıb
- Dogum gununu hesablayan kod

